Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Səhiyyə    

  

  Ümumi məlumat:

          Salyan rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə 2022-ci ildə rayonda 2 xəstəxana, 26 həkim , 21 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Məntəqəsi, Profdezinfeksiya şöbəsi fəaliyyət göstərmişdir. Çarpayıların sayı 440-dır.  Rayonda 230 həkim, 747 orta tibb işçisi çalışmışdır. Salyan rayon əhalisinin hər 10 000 nəfərinə 16.3 həkim, 52.8 orta tibb işçisi düşür.

         Əhalinin sağlamlığının əsas göstəricilərindən biri xəstələnmə hallarından ibarətdir. Belə ki, 2021-ci ildə rayon əhalisi arasında 8330 xəstələnmə halı qeydə alınmışdır. Xəstəliklər arasında qan dövranı sisteminin (1079), yoluxucu və parazitar (514), həzm (814), endokrin (705), tənəffüs orqanlarının (870) xəstəlikləri üstünlük təşkil etmişdir.

Mərkəzi Rayon Xəstəxanası:

     İkinci dünya müharibəsi illərində fəaliyyətə başlayan Mərkəzi Xəstəxananın ilk baş həkimi Səməd Manafov (1941-1945) olmuşdur. Rayon Mərkəzi Xəstəxanasının hazırda yerləşdiyi bina 1972 ci ildə istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Mərkəzi Rayon Xəstəxanası 2008-ci ildə əsaslı təmir edilərək  yenidən qurulmuşdur. Cənab Prezident Xəstəxananın təmirdən sonra açılışında iştirak etmişdir. Xəstəxana müasir tibbi avadanlıq və yeni inventarlarla təchiz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 sentyabr 2019-cu il tarixli  75 saylı əmrinə əsasən Salyan Mərkəzi Rayon Xəstəxanasının əsasında Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs yaradılmışdır. Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsdə 290 çarpayı olmaqla 80 çarpayılıq terapiya, 60 çarpayılıq cərrahiyyə, 50 çarpayılıq ginekologiya və doğum, 30 çarpayılıq uşaq, 30 çarpayılıq vərəm, 20 çarpayılıq yoluxucu xəstəliklər və 20 çarpayılıq anesteziologiya, reanimasiya və intensiv terapiya, sığortanın təşkili və inovasiya, insan resursları, dəstək xidmətləri, xəstə xidmətləri, tibb bacıları, poliklinika, radiologiya, laboratoriya, təcili və təxirəsalınmaz tibbi yardım, hemodialez, ilkin səhiyyə xidməti (ASM) və səhiyyə xidmətlərinin təşkili şöbələri, tibbi sığorta, statistika, əməyin mühafizəsi, qeydiyyat, xəstə qəbulu, koordinasiya, əməliyyatxana, təcili yardım bölmələri və sair, elecə də transfizioloji və fizioterapiya kabinentləri fəaliyyət göstərir. Mərkəzi rayon Xəstəxanasında 189 həkim, 483 orta tibb işçisi və 456 kiçik və digər  işçi çalışır.

     23 noyabr 2020-ci il tarixdən Ramin Əjdər oğlu Qasımov Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorudur.

     Ünvan : Salyan şəhəri H.Z.Tağıyev 114 ,telefon: (021) 255-47-27,(021) 255 47 64

 

 

Salyan rayonlararası Psixiatriya Xəstəxanası

    150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası 1963 cü ildən fəaliyyət göstərir.  Xəstəxana Salyan rayon sakinləri ilə yanaşı Biləsuvar, Neftçala, Hacıqabul, Ucar, Zərdab, Ağsu, Saatlı, Sabirabad rayonlarını və Şirvan şəhərinin sakinlərinə tibbi xidmət göstərir.2013-cü ildə xəstəxana üçün 100 yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Xəstəxanada kişi və qadın şöbələri vardır. Xəstəxanada 174 nəfər işçisi çalışır ki, onlardan  6-sıhəkim, 36-sı orta tibb işçisi və   132-si kiçik tibb və digər işçilər təşkil edir.

2021-ci ildə xəstəxnaya 1461 xəstə müraciət etmiş, 1466 xəstə evə yazılmışdır. 51702 çarpayı günü keçirilmişdir

    Xəstəxanaya Allahverdi Bəylərov rəhbərlik edir.

    Ünvan: Salyan rayonu Şorsulu kəndi.

 

 

GEM:

     Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzi 1960-cı ildən fəaliyyət göstərir. Mərkəz rayon ərazisində fəaliyyət göstərən dövlət obyektləri üzərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun olaraq Dövlət sanitar xidmətin və yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirləri həyata keçirir. Mərkəzdə sanitar, epidiemoloji şöbələr, parazitioloji, dezinfeksiya bölmələri, fiziki-kimyəvi, bakterioloji və parazitioloji laborotoriyaları fəaliyyət göstərir.
     Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işlərinin aparılması üçün Mərkəzdə briqadalar yaradılmış, bu briqadalar lazımi geyim və dezinfeksiyaedici məhlullarla  təmin edilmiş, xəstəlik və təmas mənbələrində, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda, ticarət. Ictimai-iaşə obyektlərində, bazarlarda, məscidlərdə, əhalinin sıx toplaşdığı məkanlarda, kommunal binalarda. mərkəzi küçələrdə dezinfeksiyaişləriaparılmışdır.
    Ərazisi 4905,6 kv.m olmaqla, Mərkəz inzibati və yardımçı binalardan ibarətdir. Bu səhiyyə ocağı II şəhər kateqoriyalı olmaqla 141.500 nəfər Salyan rayon əhalisinə xidmət edir. GEM-in inzibati binası 2 mərtəbəli, 16 iş otağından ibarətdir. Hazırda Salyan rayon Gigiyena və Epidemiolojiya Mərkəzində 115 nəfər işçi çalışır. 

      Ağalarov Seyran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edir.

      Ünvan: Salyan şəhəri, Q.Səmədov 62 tel: (021) 255-07-27, 255 -55-19, 255-23-73

 

Digər səhiyyə müəssisələri

 Profdezinfeksiya şöbəsi:

     1937-ci ildə Gigiyena və Epidemiologiya Stansiyasında yaradılmışdır. 1991-ci ildən isə ayrılaraq təsərrüfat hesablı müstəqil təşkilat kimi fəaliyyət göstərir.
     Şöbə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda müqavilə əsasında gəmiricilərə qarşı deratizasiya, mikroblara, mikro-orqanizmlərə qarşı dezinfeksiya, ağcaqanad, milçək, qarışqalara qarşı dezinseksiya tədbirlərini həyata keçirmişdir. Şöbədə4nəfər işçisi çalışmışdır. 

      Ünvanı: Salyan şəhəri Ə.Zeynalov 100

   

Kənd həkim məntəqələri:

  Salyan rayonunda 26 kənd həkim məntəqəsi fəaliyyət göstərir.

• Sarvan kənd həkim məntəqəsi rayon mərkəzindən 13 km aralıda yerləşir. 23 işçi çalışır .
• Marışlı kənd həkim məntəqəsi  8 işçi çalışır.
• Yenikənd kənd həkim məntəqəsi rayon mərkəzindən 20 km aralıda yerləşir, 14 nəfər işçi çalışır.
• Xalac kənd həkim məntəqəsi 10 işçi çalışır.
• Qızılağac kənd həkim məntəqəsi  9 işçi çalışır.
• Şəkərli kənd həkim məntəqəsi  8 işçi çalışır,  2017-ci ildə məntəqə üçün yeni bina tikilmişdir.
• Kürqaraqaşlı kənd həkim məntəqəsi  9 işçi çalışır.
• Çuxanlı kənd həkim məntəqəsi  6 işçi çalışır.
• I Varlı kənd həkim məntəqəsi  5 nəfər işçi çalışır, rayon mərkəzindən 45 km aralıda yerləşir.
• Aşağı Noxudlu kənd həkim məntəqəsi 5 nəfər işçi çalışır,  rayon mərkəzindən 10 km aralıda yerləşir.
• Kərimbəyli kənd həkim məntəqəsi  7 nəfər işçi çalışır.
• Şorsulu kənd həkim məntəqəsi 11 nəfər işçi çalışır, rayondan 25 km aralıda yerləşir.
• Abadkənd kənd həkim məntəqəsi  5 nəfər işçi çalışır.
• Həsənli kənd həkim məntəqəsi 7 nəfər işçi çalışır.
• Yolüstü kənd həkim məntəqəsi  5  nəfər işçi çalışır.
• Xıdırlı kənd həkim məntəqəsi  11 nəfər işçi çalışır, rayon mərkəzindən 50 km aralıda yerləşir.
• Gomuşlu kənd həkim məntəqəsi  6 nəfər işçi çalışır.
• Pambıqkənd həkim məntəqəsi  6 nəfər işçi çalışır.
• Qarabağlı kənd həkim məntəqəsi 8 nəfər işçi çalışır, rayon mərkəzindən 28 km aralıda yerləşir.
• Aşağı Kürkənd kənd həkim məntəqəsi  5  nəfər işçi çalışır.
• Boranıkənd kənd həkim məntəqəsi  8 nəfər işçi çalışır.
• Şəhərin Babazanlı yaşayış sahəsində yerləşən həkim məntəqəsi 8 nəfər tibb işçisi var.
• Kürsəngi kənd həkim məntəqəsi  10 nəfər işçi çalışır.
• Arbatan kənd həkim məntəqəsi  17 nəfər işçi çalışır.

Parça Xalac kənd həkim məntəqəsi 15  nəfər işçi çalışır.

• Qaraçala qəsəbə həkim məntəqəsi  15 nəfər işçi çalışır.

 

Kənd Tibb Məntəqələri:

Salyan kəndlərində hazırda əhaliyə 21 kənd tibb məntəqəsi xidmət göstərir. Bu məntəqələrin hər birində xəstələrə lazımı tibbi yardımlar olunması üçün şərait yaradılmışdır.

      -Xurşud kənd tibb məntəqəsi  1 nəfər işçi çalışır.
      -Seyidsadıqlı kənd tibb məntəqəsi  3 nəfər işçi çalışır.
     -Qırxçıraq qəsəbə tibb məntəqəsi 1 nəfər işçi çalışır.
     -Xocalı kənd tibb məntəqəsi  1 nəfər işçi çalışır.
     -II Varlı kənd tibb məntəqəsi 1 nəfər  işçi çalışır.
     -Düzənlik kənd tibb məntəqəsi  1 nəfər işçi çalışır.
     -Kolanı kənd tibb məntəqəsi  2  nəfər işçi çalışır.
     -Yeni Uluxanlı kənd tibb məntəqəsi 3 nəfər işçi çalışır .
     -Çadırlı kənd tibb məntəqəsi  3 nəfər işçi çalışır .
     -Arxarası kənd tibb məntəqəsi  3 nəfər işçi çalışır.
     -Pratman Gəncəli kənd tibb məntəqəsi  3 nəfər işçi çalışır.
     -Seydan kənd tibb məntəqəsi 1 nəfər  işçi çalışır.
     -Yuxarı Noxudlu kənd tibb məntəqəsi  1 nəfər işçi çalışır.
     -Ərəbqardaşbəyli kənd tibb məntəqəsi  3 nəfər işçi çalışır.
     -Beştalı kənd tibb məntəqəsi  1 nəfər  işçi çalışır.
     -Quyçu kənd tibb məntəqəsi  2 nəfər işçi çalışır.
     -Bəydili kənd tibb məntəqəsi  2 nəfər işçi çalışır.
     -Dayıkənd kənd tibb məntəqəsi  3 nəfər işçi çalışır.
     -Təzəkənd kənd tibb məntəqəsi  3 nəfər işçi çalışır.
     -Qardili kənd tibb məntəqəsi  2 nəfər  işçi çalışır.
     -Peyk kənd tibb məntəqəsi 3 nəfər işçi çalışır.


Salyan səhiyyəsinin inciləri

Əlibəy Hüseynzadə (1864-1940 ) Görkəmli mütəfəkkir, həm də həkim-dermatoloq olub. Onun “Siflis”, “Vəba və mikrobu” adlı əsərləri bu gündə öz dəyərini saxlayır. Türkiyəyə köçən Əlibəy 1910-cu ildən İstanbul Universitetində professor vəzifəsində çalışıb.
     

Aslan Tahirov (1898-1972) Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə fakültəsini bitirib. 1955 -ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1957- ci ildən Tibb İnstitutunda professor vəzifəsində çalışıb. “Əməkdar həkim”, “Əməkdar elm xadimi” adına layiq görülüb.
   

  Həzrət Səfərov (1896-1966) 1929–cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1936-cı ilə qədər Tibb İnstitutunun  biokimya kafedrasında assisent vəzifəsində çalışıb. 1941-ci ildən Azərbaycan Əczaçılıq İnstitutuna rəhbərlik edib. 1960-cı ildə ona əməkdar elm xadimi adı verilib.
      

Zeynalabdin Hüseynov (1900-1969) Paris Dövlət Universitetinin Tibb fakültəsinin Uşaq bölməsinin məzunu olub. 1935-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna dosent vəzifəsinə irəli çəkilmişdir. 1954-cü ildə Respublika Uşaq cəmiyyəti idarə heyətinin sədri seçilmişdir.
       

İmamverdi Axundov (1916-1971) Moskva Dövlət Tibb Universitetini 1940- cı ildə bitirmişdir.1950-ci ildə urologiya üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
      

Qədəmşah Sadıqov (1921-1966) 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1947-ci ildən Bakı Dövlət Universitetinin hərbi kafedrasına rəhbərlik edib. Fəlsəfə və tibb elmləri namizədi elmi dərəcələrinə layiq görülüb.
     

   Nazim Mollazadə (1924-2006) Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olub. 1941-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. 1969-cu ildə professor elmi adı alıb. Yüzdən artıq elmi əsərin və monoqrafiyanın müəllifidir. İki dəfə (1960 və 1987) Respublika Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
     

   Fikrət Zərgərli (1929–1984) Moskva Tibb İnstitutunu (1949-1953) bitirib. 1976- cı ildən Klinik və Eksperemental Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun Ürək-Cərrahiyyə şöbəsinə rəhbərlik edib. Fikrət Zərgərli Ürək cərrahiyyəsinin banilərindən biridir. O, yüzlərlə elmi əsər, məqalə və məruzələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və s. ölkələrdə “Ürəyin blokadasına” aid mövzularla simpoziumlarda çıxış edib.
      

Əvəzağa Məlikov (1932-2015) 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. 1971-ci ildən  rayon Mərkəzi Xəstəxanasına 18 il rəhbərlik etmişdir. 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüş, “Sərbəst düşüncələr işığında” adlı memuar kitabın müəllifi olmuşdur.
  

   Əkrəm Hacıyev (1938-2021) 1960-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirib. 1965-ci ildən Tibb İnstitutunun Stomatologiya kafedrasında assent, 1967 ci ildən dosent vəzifəsində çalışıb. 1973-1978-ci illərdə həmən kafedranın dekanı olub. 1978-ci ildə “SSRİ Səhiyyə ələçısı” nişanı ilə təltif edilib. 25 elmi əsərin, 2 tədris metodik vəsaitin, kəşf və səmərələşdirici təkliflərin müəllifidir.
   

Əvəzağa Həsənov (1942-2014) 1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 34 ildən çoxdur. Salyan MRX-nın Tramvatalogiya şöbəsində müdir və həkim vəzifələrində çalışmışdır. “Ali dərəcəli həkim” fəxri adına layiq görülmüş, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
    

  Məmmədhüseyn Qarayev (1946-2015) 1968- ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirib. Salyan rayon Tibb məktəbinin direktoru işləyib. 1981-ci ildə Tibb İnstitutunun assisenti, 1992-ci ildən dosent kimi  Respublika Klinik Urologiya Xəstəxanasının Radionuklit diaqnostika- laborotoriyasının elmi rəhbəri vəzifəsində çalışmışdır. O, Respublika Radiommunoloji müayinə metodlarının təməlini qoyanlardan biridir. 30-dan çox elmi məqalənin 14 səmələşdirici təklifin müəllifi olmuşdur.
      

    Rahim Hüseynov (1947) 1970-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirmişdir.1985-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1975-ci ildən 1986-cı ilə kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi aparatında  müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş, 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuş,1992-1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifələrdə çalışmışdır. 1997-ci ildən Beynəlxalq İnformasiya Akademiyasının akademiki elmi dərəcəsi almışdır. Akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatıdır. 100-ə qədər elmi məqalənin və 2 kitabın müəllifidir.

       Sabir Səfərov (1947-2010) 1976-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirmişdir. 1990- cı ildə dosent adına layiq görülmüşdür. 40-dan artıq elmi əsrin, 2 səmərələşdirici təklifin, bir neçə metodik tövsiyyə və dərs vəsaitlərinin müəllifi olmuşdur. Respublikanın səhiyyə əlaçısı adına layiq görülmüşdür.

        İbrahim Cəfərov (1949) 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1976-cı ildən Salyan rayon Mərkəzi Xəstəxanasında cərrah kimi işləməyə başlayan İbrahim həkim uğurlu əməliyyatları sayəsində qısa müddətdə Cənub bölgəsində “qızıl əlli” cərrah kimi tanınır. O, 1999-2011- ci illərdə Salyan MRX-a rəhbərlik edib. Ali dərəcəli cərrah həkim, həkim peşəsinin kamil ustası olmaq məqsədilə dəfələrlə keçmiş SSRİ-nın ən səviyyəli Elmi-Tədqiqat İnstitutlarında ixtisas artırma kurslarından keçib, bir neçə xarici ölkələrdə elmi simpozium və konfranslarda iştirak edib.

        Əlixeybər Axundov (1949) 1966-1972-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakultəsində təhsil almışdır. 1972-1974-cü illərdə Qazaxıstanın Baykonur kosmodromunda çalışan hərbçilərin yaşadığı şəhərcikdəki lazaretdə baş həkim işləmişdir.  O, 1986-1992,1994-2008-ci illərdə Salyan Mərkəzi Rayon Xəstəxanasının  nevroloji şöbəsinin müdiri, 1992-1994-cü illərdə  Salyan Mərkəzi Rayon Xəstəxanasının  baş həkimi, 2008-ci ildən 2020-ci ilin sentyabr ayına kimi Mərkəzi Rayon Xəstəxanasının  terapiya şöbəsinin həkim-nevropotoloqu vəzifələrində işləmişdir. “Tərəqqi” medalı, “SSRİ-nin səhiyyə əlaçısı”, ali dərəcəli həkimdir. Respublikamızda tanınmış həkim-nevropotoloqdur.

      Nazim Hüseynov (1952) 1980-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.1986-1989-cu illərdə İ.M.Seçenev adına I Moskva Tibb İnstitutunun doktorantı olmuşdur. 1984- cü ildən Tibb elmləri namizədi , 1993-cü ildən Tibb elmləri doktoru, 2006-cı ildən professordur. 38 elmi məqalənin, 2 elmi ixtiranın müəllifidir. Hazırda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Qulaq burun-boğaz” xəstəlikləri kafedrasının müdiridir.

        Musa Qəniyev (1954) 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun farmakalogiya fakültəsini bitirmişdir. 1985-ci ildə farmakologiya üzrə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1988-1992-ci illərdə əczaçılıq fakultəsində dekan müavini və fakultə dekanı vəzifələrində işləmişdir. 1992-ci ildə Rusiya Federasiyası ТЕА-nın V.V. Zakusov adına ЕТ Farmakologiya institutuna doktoranturaya göndərilmişdir. Doktorantura təhsilini vaxtından əvvəl başa vuraraq, 1997-ci ildə farmakologiya kafedrasına professor seçilmiş, 2000-ci ildən kafedranın müdiridir. 2010-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 150-yə qədər elmi məqalənin, 8 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 5 dərsliyin və 2 ixtiranın müəllifidir.
       

     İlham Zərgərli (1955) 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun oftalmologiya fakültəsini bitirmişdir. 1986-cı ildə Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aspiranturasına qəbul olmuş, 1989-cu idə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almişdır. 12 elmi əsərin və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Hazırda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Gözün zədəsi və təxirəsalınmaz oftalmoloji yardım” şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışır. Tibb üzrə fəlsəfə doktorudur.
   

   Elman Ələkbərov (1956) 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1989- cu ildə namizədlik,2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək elmi dərəcə alıb. 82 elmi işin, 3 ixtiranın, 2 metodik dərsliyin müəllifidir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda miokard infarktı şöbəsinə rəhbərlik edir.
    

   Arif Quliyev (1956) 1979-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirib.1989-cu ildə elmlər namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Daxili Xəstəliklər kafedrasının assisenti vəzifəsində çalışıb. 7 elmi məqalənin müəllifidir. 1991- ci ildən Almaniyanın Ştutqart şəhərində öz tibbi fəaliyyətini davam etdirir.
   

   Elçin Kərimov (1978) 2001-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakultəsini bitirmişdir. Sankt-Peterburqda 2009-cu ildə namizədlik, 2014-cü ildə isə təkrar müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adını almışdır. 11 elmi məqalənin müəllifidir. Hazırda Şirvan şəhər Diaqnostika Müalicə mərkəzində cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

      2021-ci ildə rayonda 889 uşaq doğulmuş , 1 yaşa qədər 5  uşaq ölümü, 1 ana, böyüklər arasında 796 ölüm qeydə alınmışdır. 8330 nəfər stasionar  müalicə almış,  253405 ambulator  müraciət olunmuşdur.  Nigaha daxil olmaq üçün 1823 nəfər müayinə edilmiş, onlardan 31 nəfərdə bir tərəfli, 2 cütlükdə iki tərəfli  talasemiya daşıyıcısı aşkar olunmuşdur.

      Rayonda 35 hemofiliya, 37 talassemiya, xəstəsi vardır.
      Hemodializ şöbəsində 43 xəstə müalicə almış, 5578 seans aparılmışdır. Şöbədə Salyan rayon sakinləri ilə yanaşı Neftçala və Biləsuvar rayonlarının sakinlərinə də tibbi xidmət göstərilmişdir.
       2021-ci ildə 850 uşağa BSJ, 885 uşağa hepatit “B”, 1006 uşağa AGDT, 4154 uşağa OPV, 2504 uşağa QPM, 2292 uşağa PK, 2295 uşağa HİB, 762 uşağa İPV, 1539 uşağa ADT peyvəndləri,COVİD-19 xəstəliyinə qarşı 1-ci mərhələ üzrə 81.044 , 2-ci mərhələ üzrə 73.144 , 3-cü mərhələ üzrə 30.616 vaksinaparılmışdır.
       2021-ci ildə Dövlət Proqramına daxil olan şəkərli diabet, vərəm, xroniki böyrək çatışmazlığı, hemofiliya, talassemiya, onkoloji, eləcə də koronovirus (COVİD-19)  xəstələri  pulsuz olaraq dərman preparatları ilə təmin olunmuşdur. Şəkər xəstələrinə 1023 qlukometr, 12936 test stripləri verilmişdir.
       Qan xəstəliyindən əziyyət çəkən xəstələrə kömək məqsədilə Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyaları keçirilmiş, və bu aksiyalarda200 nəfərdən çox könüllü iştirak etmişdir.

“Zəfər günü” münasibəti ilə Mərkəzi Rayon Xəstəxanasında Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının səyyar həkim briqadası tərəfindən 13 ixtisas üzrə Salyan şəhid ailələrinin qadın üzvlərinin tibbi müayinəsi aparılmış, və müainə olunanlar müəyyən olunmuş, xəstəlikləri ilə bağlı təyin edilmiş dərman pereparatları ilə təmin olunmuşlar.

Vətən müharibəsində həlak olmuş  12 şəhidin 19 uşağı Salyan Rayon Mərkəzi Xəstəxanasının müxtəlif ixtisaslı həkimləri tərəfindən müayinə olunmuşdur. 6 uşaq təkrar müayinəyə cəlb edilmişdir.
       İl ərzində 120 nəfər həkim və 121 orta tibb işçisi kurslarda olmuş, 25 həkim, 159 orta tibb işçisi sertifikasiya imtahanlarından keçmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq əsaslı təmir işləri aparılır.
     

 

 

 

 

 

Keçidlər