Home Contact Phone
background
  • Ünvan: AZ-5200, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 136
  • Faks: 021-255-50-31
  • E-mail: mail@salyan-ih.gov.az

Xəbərlər

  • Rayonda Kür çayının sahilboyu ərazilərində ...

    Rayonda Kür çayının sahilboyu ərazilərində təmizlik işləri aparılmışdır

    2021-06-19

    19 iyun 2021-ci il tarixdə Salyan rayonunda Kür çayının sahil boyu ərazilərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təmizlik işləri aparılmışdır. Keçirilən aksiyada idarə, müəssisə, təşkilatların nümayəndələri, könüllülər və rayon sakinləri yaxından iştirak etmişdir.

  • Salyanda “17 İyun – Tibb işçiləri Günü...

    Salyanda “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir

    2021-06-17

    Salyan rayon Mərkəzi Xəstəxanasında “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və səhiyyə işçiləri iştirak etmişdir.

  • “15 iyun–Milli Qurtuluş günü”

    “15 iyun–Milli Qurtuluş günü”

    2021-06-14

    Salyan rayon İcra Hakimiyyətində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

  • Salyan rayonunda İctimai Şuranın ilk iclası ke...

    Salyan rayonunda İctimai Şuranın ilk iclası keçirilmişdir

    2021-06-11

    11 iyun 2021-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şuranın ilk iclası keçirilmişdir. İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov bildirdi ki, Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənmiş, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilmişlər.

  • “İstehsalat və məişət tullantıları haqqı...

    “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununa müvafiq qaydada idarə olunması ilə bağlı təbliğatvə maarifləndirici xarakterli tədbir keçirildi.

    2021-06-08

    3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə 08.06.2021-ci il tarixində Salyan rayon İcra Hakimiyyətində rayonun İcra nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə rayon ərazisində və kəndlərdə yaşayan əhali tərəfindən formalaşan tullantıların “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununa müvafiq qaydada idarə olunması ilə bağlı təbliğatvə maarifləndirici xarakterli tədbir keçirildi.

Foto qalereya