Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “Dəmir Yumruq” sənədli filmi nümayiş olunmuşdu

27 aprel 2021 | 16:00

     Salyan Rayon İcra Hakimiyyətində və rayonun idarə, müəssisə, təşkilatlarında xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” sənədli filmi nümayiş olunmuşdur.

     Filmdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapmışdır.

     Sənədli film xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında nümayiş etdirilir

 

Keçidlər