Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi

06 may 2021 | 16:00

     06 may 2021-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Konfransda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, baş məsləhətçi Kamal Əliyev və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak etmişdir.

     Konfransdan öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlər xatirə kompleksini ziyarət etmişlər.

       Daha sonra Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin, həmçinin hesabat dövründə dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

      Konfransı giriş sözü ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışmış, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhətinin xüsusi əhəmiyyət kəsb etdiyini, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirmişdir.

     Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışmış, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırmışdır. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat vermiş və tövsiyələrini çatdırmış, yeni seçiləcək heyətə uğurlar arzulamışdır.

      Konfransda rayon Ağsaqqallar Şurasının üzvləri Məhəmməd Ağayev, Mətləb Axundov, xanımlardan Yaqut Ələsgərova çıxış etmiş, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişlər.

Konfransda sonra təşkilati məsələlərə baxılmış, Salyan Rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edilmiş, Beydulla İmanov yenidən Şuranın sədri seçilmiş, həmçinin İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunmuşdur.

 

Keçidlər