Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində dənli və texniki bitkilərin tədarükü, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı videokonfrans keçirilmişdir

17 may 2021 | 16:00

         Salyan Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə rayon ərazisində dənli və texniki bitkilərin tədarükü, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı videokonfrans keçirilmişdir

       17 may 2021-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətində Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Tədbirlər Planı əsasında yaradılan müvafiq Qərargahın üzvləri ilə birgə rayon ərazisində dənli və texniki bitkilərin tədarükü, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı videokonfrans keçirilmişdir. Video-konfransda rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Salyan rayon inzibati ərazisində yerləşən iri kənd təsərrüfatı müəssisələri və aidiyyəti üzrə digər sahələrin rəhbərləri iştirak etmişlər.

          Videokonfransı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynov açaraq dənli və texniki bitkilərin tədarükü, daşınması, saxlanması və emalı dövründə məhsulun təhlükəsiz şəraitdə yığılıb daşınmasının və saxlanılmasının böyük əhəmiyyət kəsb etməsindən danışmışdır. Sonra videokonfransda Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Orxan Məmmədyarov yanğın təhlükəsizliyinin təmin edilməsinə dair çıxış etmiş və yanğın hallarının baş verməməsi üçün vacib məqamları konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.

        Çıxışlarda FHN-in yanğın təhlükəsizliyinə dair tövsiyyələri diqqətə çatdırılmış, əhalinin ərzaq təminatında mühüm rol oynayan dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükünə xüsusi diqqət göstərilməsi qeyd olunmuş, aidiyyəti qurumlar tərəfindən maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsinin, taxıl sahələrində və onu qəbul edən məntəqələrdə yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsinin, alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanmışdır. Rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndələri görülmüş yanğın təhlükəsizliyi tədbirləri nəticəsində ötən mövsüm ərəfəsində rayon ərazisində yanğınların baş vermədiyini qeyd etmiş və bu mövsümdə də, təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması istiqamətində işlərin davam etdiriləcəyini bildirmişlər.

Keçidlər