Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonu Beştalı və Cəngan kəndlərinə təbii qaz verilmişdir

24 may 2021 | 16:00

     SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Bu məqsədlə, mayın 24-də rayonun əhalisi 1000 nəfərə yaxın Beştalı və Cəngan kəndlərinə təbii qaz verilmiş, Beştalı kəndində 178, Cəngan kəndində 80 abonent qazla təmin edilmişdir.

     Karantin qaydaları gözlənilməklə keçirilən tədbirdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, Azəriqaz İB-nin təmsilçiləri və sakinlər iştirak etmişdir. Tədbirdə çıxış edən sakinlər yaşayış sahəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər