Şriftin ölçüsü :

Saytın rəngi :

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununa müvafiq qaydada idarə olunması ilə bağlı təbliğatvə maarifləndirici xarakterli tədbir keçirildi.

08 iyun 2021 | 16:00

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə 08.06.2021-ci il tarixində Salyan rayon İcra Hakimiyyətində rayonun İcra nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə rayon ərazisində və kəndlərdə yaşayan əhali tərəfindən formalaşan tullantıların “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununa müvafiq qaydada idarə olunması ilə bağlı təbliğatvə maarifləndirici xarakterli tədbir keçirildi. Tədbir çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı S.Hətəmov və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi K.Kərimli çıxışlar edərək rayon ərazisində istehsalat və məişət tullantılarının mövcud qanunvericiliyin tələb və normalarına uyğyn şəkildə idarə olunması üçün aidiyyatı üzrə tapşırıq və tövsiyyələr verildi.

Keçidlər