Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda İctimai Şuranın ilk iclası keçirilmişdir

11 iyun 2021 | 16:00

    11 iyun 2021-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şuranın ilk iclası keçirilmişdir. İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov bildirdi ki, Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənmiş, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilmişlər. Salyan Rayon İcra Hakimiyyətinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran natiq yaradılan İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndirmiş, İctimai Şuranın üzvü seçilənlərə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun təbrikini və xoş sözlərini çatdırmış vəfəaliyyətlərində onlara uğurlar arzulamışdır.
     Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilmişdir. İki il müddətinə fəaliyyət göstərəcək İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov sədr, rayon “Qələbə” qəzetinin əməkdaşı Leyla Nəsirova sədr müavini, Mədəniyyət işçiləri həmkarlar ittifaqı rayon komitəsinin sədri Vəfa Məmmədova isə katib seçilib.
     İclasda çıxış edən İctimai Şuranın sədri Rüstəm Məlikov Salyan Rayon İcra Hakimiyyətinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs etmiş, İctimai Şuranın da bu tədbirlərdə yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir.

 

Keçidlər