Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir

17 iyun 2021 | 16:00

     Salyan rayon Mərkəzi Xəstəxanasında “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və səhiyyə işçiləri iştirak etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini, həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdiklərini xüsusi olaraq vurğulamışdır.

     Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Çıxışlardan sonra bir qrup səhiyyə işçisinə Salyan Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilmişdir.

Keçidlər