Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.

02 iyul 2021 | 16:00

“2 iyul-Polis işçilərinin peşə bayramı günü” tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
   Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə polis işçilərini təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Tədbirin sonunda xidmətdə fərqlənən 6 nəfər polis əməkdaşı  rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilmişdır.

Keçidlər