Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhidlərinin il mərasimi keçirilmişdir.

11 noyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış  şəhidlərinin il mərasimi keçirilmişdir.

Vətən müharibəsində şəhid olmuş Vüsal Cəfərovun və İnqilab Qədirbəylinin ildönümü münasibətilə məzarları ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidlərin şəhadətlərinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyən tədbir iştirakçıları şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən danışmışlar. Anım mərasimləri şəhidlərin doğulub boya-başa çatdığı ata ocağlarında davam etmişdir. Şəhid ailələri övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

Keçidlər