Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda şəhidin adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur.

15 noyabr 2021 | 16:00

Salyanda şəhidin adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur.

Salyan rayonunun Piratman-Gəncəli kəndində Vətən Müharibəsində şəhid olmuş Əlisahib Selman oğlu Ələkbərovun adına inşa edilən xatirə lövhəsinin açılışı olmuşdur. Açılışında rayon rəsmiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər. Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açmışlar. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verənlər Əlisahib Ələkbərovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər. Sonda şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxumuşlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Keçidlər