Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin nitqindən irəli gələn vəzifələrlə əlaqədar rayonda yığıncaq keçirilmişdir

29 mart 2018 | 16:00

Bərdə rayonunda keçirilmiş pambıqçılığın inkişafına dair respublika
müşavirəsində möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin nitqindən irəli gələn vəzifələrlə
əlaqədar rayonda yığıncaq keçirilmişdir


      29 mart 2018-ci il tarixində Salyan rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda keçirilmiş pambıqçılığın inkişafına dair respublika müşavirəsində möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar yığıncaq keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilmiş müşavirədə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul əməkdaşları İbrahim Mustafayev, Xəzər Qarakişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, femerlər, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişdir. 
   Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov müşavirədə çıxış edərək, respublikamızda pambıqçılığın inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırmış, möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrdən, rayonda pambıqçılığın inkişaf etdirilməsi sahəsində qarşıda duran məsələlərdən danışmışdır.
      Müşavirədə çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı İbrahim Mustafayev Bərdədə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən bəhs etmiş, həyata keçirilən islahatların, aqrar sektora dövlət dəstəyinin, imzalanan fərman və sərəncamların kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirmişdir.
     Müşavirədə çiyid səpininin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, becərmənin aqrotexniki qaydada aparılması, pambıq əkinlərinin suvarma suyu ilə təminatı, məhsuldarlığın yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən söz açılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir

 

Keçidlər