Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

11 sentyabr 2018 | 16:00

Salyan rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı
keçirilmişdir

11 sentyabr 2018-ci il tarixində Salyan rayon İcra hakimiyyətində Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Təhsil NazirliyininTəhsil İnsitutunun şöbə müdiri Bibixanım İbadova, məktəb direktorları, qabaqcıl pedaqoqlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
     Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir Salyan rayon İcra hakimiyyətinin konfrans zalında davam etdirilmişdir. Rayon Təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev «2017-2018-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Qazanılan nailiyyətləri artırmaq üçün real imkanların olduğunu vurğulayan Rayon Təhsil şöbəsinin müdiri rayonda tədris prosesinin müasirləşdirilməsi, təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyini də diqqətə çatdırmışdır.
     Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnsitutunun şöbə müdiri Bibixanım İbadova konfransda çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etmiş, təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
     Konfransda 600 baldan yüksək nəticə göstərən 28 nəfər məzuna və Respublika Olimpiadasında fərqlənənlərə rayon İcra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
     Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

 

Keçidlər