Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun Düzənlik kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir

30 oktyabr 2018 | 16:00

Salyan rayonunun Düzənlik kəndinə təbii qazın
verilməsi ilə əlaqədar tədbir keçirilmişdir

       30 oktyabr 2018-ci il tarixində dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun növbəti yaşayış məntəqəsi- 970 nəfər əhalisi olan Düzənlik  kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
               Açılışda iştirak edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da inkişaf yüksək səviyyədə gedir. Bu gün rayonun Düzənlik kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütünlüklə mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.  Natiq vurğulamışdır ki, ümumilikdə 151 abonenti olan kəndin qazlaşdırılması üçün tikinti işlərinə müxtəlif ölçülü 2282 metr polietilen 17500 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
         Çıxış edən kənd sakinləri kəndə təbii qazın verilməsinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər