Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyan rayonunda vətəndaşları qəbul etmişdir

23 noyabr 2018 | 16:00

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov
Salyan rayonunda vətəndaşları qəbul etmişdir


     23 noyabr 2018-ci il tarixində Salyan şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhər, Salyan,Sabirabad və Saatlı rayon sakinlərinin iştirakı ilə qəbulu keçirilmişdir.
    Müraciətlər əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olmuş, həmçinin dövlət əmlaklarının özəlləşdirilməsi və icarəsi ilə bağlı suallar da səsləndirilmişdir.
     Hər bir vətəndaşın müraciətini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını vermişdir. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınmış, araşdırılma tələb edən müraciətlərin həll olunması ilə bağlı struktur bölmələrin nümayəndələrinə müvafiq göstərişlər verilmiş, bəzi məsələlər elə yerindəcə dərhal həll edilmişdir.

Keçidlər