Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda şahmat üzrə respublika birinciliyinin final oyunlarına start verilmişdir

06 dekabr 2018 | 16:00

Rayonda şahmat üzrə respublika birinciliyinin
final oyunlarına start verilmişdir

06 dekabr 2018-ci il tarixində Salyan şəhər 2 saylı tam orta məktəbin idman zalında şahmat üzrə Respublika birinciliyinin final oyunlarının açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbdənkənar Tərbiyə Müəssisələri üzrə sektor müdiri Hilal Salmanov, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, yarışda iştirak edəcək rayonların idmançıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
  Açılış mərasimində  çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbdənkənar Tərbiyə Müəssisələri üzrə sektor müdiri Hilal Salmanov və rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan, uşaq və yeniyetmələrin şahmat idman növünə cəlb edilməsi istiqamətində görülən işlərdən danışmışlar.
  Final yarışlarında respublikanın 36 şəhər və rayonundan 40 komanda mübarizə aparacaqdır. Yarış 14 dekabr 2018-ci ilədək davam edəcəkdir.

 

 

 

 

Keçidlər