Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibətilə bayram tədbiri keçirilmişdir

27 dekabr 2018 | 16:00


Salyanda aztəminatlı ailələrdən olan məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün  “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibətilə bayram tədbiri keçirilmişdir

  27 dekabr 2018-ci il tarixində İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kür” şadlıq sarayında aztəminatlı ailələrdən olan məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibətilə bayram tədbiri keçirilmişdir.
      Tədbirdə rayonun məktəbəqədər və orta təhsil məktəblərinin şagirdləri maraqlı musiqi, rəqs, şeir nömrələri və səhnəciklərlə çıxışlar etmişlər. Sonra tədbir yolka ətrafında Şaxta baba, Qar qız, şən klounlar və incəsənət ustalarının iştirakı ilə davam etmişdir. Bayram şənliyində Şaxta baba və Qar qız uşaqlara Yeni il arzularını çatdırmış, balacalara bayram hədiyyələri paylamış və onlarla birgə rəqs edərək şənliyə əlavə rəng qatmışlar. 

 

Keçidlər