Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir

13 aprel 2019 | 16:00

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Gənclər Birliyinin

V konfransı keçirilmişdir

13 aprel 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  abidəsi önünə gül- çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov açaraq ölkəmizdə dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirmiş, gənclərlə bağlı qəbul edilən müxtəlif Dövlət proqramlarının əhəmiyyətini vurğulamış, rayonda həyata keçirilən tədbirlərdən danışmış və rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırmışdır. Natiq YAP Salyan rayon təşkilatı Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulamış, hər zaman gəncləri təşəbbüskar olmağa çağırmışdır.

Hesabat məruzəsi ilə çıxış edən YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin sədri Sahib Nağıyev ötən müddət ərzində görülən işlər barədə geniş məlumat vermiş, gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirakından, dövlətə, dövlətçiliyimizə, Prezidentimizə həmişə sədaqətli olduqlarından bəhs etmişdir. Konfransda çıxış edən Azərabaycan Respublikası Milli Məclisinin deputatı Şahin İsmayılov, ”Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışmışlar. Sonda konfransda təşkilati məsələlərə də baxılmış, YAP Salyan rayon təşkilatının əməkdaşı Fazil Sabir oğlu Məhərrəmov Gənclər Birliyinin sədri seçilmişdir. Konfransda həmçinin şuranın 15 nəfərdən ibarət tərkibi, eləcə də 9 nəfərdən ibarət idarə heyətinin yeni tərkibi təsdiqlənmişdir.

Keçidlər