Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Dövlət Kukla teatrının baş rejissoru, Əməkdar artist, Prezident mükafatçısı Rafiq Mirzənin anadan olmasının 60 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.

17 aprel 2019 | 16:00

Salyan Dövlət Kukla teatrının baş rejissoru, Əməkdar artist, Prezident mükafatçısı Rafiq Mirzənin anadan olmasının 60 illiyi münasibətilə
yubiley tədbiri keçirilmişdir.

17 aprel 2019-cu il tarixində Tarix Diyarşünaslıq Muzeyində Salyan Dövlət Kukla teatrının baş rejissoru, Əməkdar artist Prezident mükafatçısı Rafiq Mirzənin anadan olmasının 60 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
     Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Rafiq Mirzənin rayonun ictimai-siyasi həyatında və mədəniyyət sahəsində fəaliyyətindən geniş söz açmış, yubiley münasibətilə onu ürəkdən təbrik etmişdir. Rayon İcra hakimiyyətinin, idarə, müəssisə, təşkilatların, ziyalıların, mədəniyyət işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə baş rejissorun həyat və fəaliyyətinə geniş nəzər yetirilmiş, onunla bağlı xatirələr diqqətə çatdırılmış, quruluş verdiyi pyeslərdən və rayon mədəniyyətin inkişafında göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir.
     Sonda tədbirdə Rafiq Mirzəyə rayon İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunmuşdur. 

Keçidlər